EN

İranın 30 PUA-sı zərərsizləşdirilib | VİDEO

İsrail Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, PUA-ların əksəriyyəti İsrail sərhədindən keçməmiş zərərsizləşdirilib. Bir neçəsi isə İsrail-Suriya sərhədində yerləşən mübahisəli Colan təpələri ərazisində vurulub. Eyni zamanda,İran Hərbi Havalarına məxsus helikopterdə İsrail hərbçiləri tərəfindən ələ keçirilib.

Daha əvvəl İsrail Hərbi Hava Qüvvələri İranın qərbinə bir sıra aviazərbə endirib. Burada İrana məxsus zenit və ballistik raket buraxılış qurğuları, habelə PUA məntəqələri sərrast aviazərbələr nəticəsində sıradan çıxarılıb.
İranın raket və PUA qurğuları sıradan çıxarılıb |VİDEO

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.


Firudin Həmidli
AzVision.az
Chosen
13
1
azvision.az

6Sources