EN

Şimal qərb bölgəsində şagirdlər ən çox bu ali məktəbləri SEÇİR

Gənclərin gələcək karyerasında və cəmiyyətin inkişafında ali təhsil mühüm rol oynayan amillərdən biridir. Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün səy göstərir və onların əksəriyyəti ölkənin aparıcı təhsil müəssisələrinə üstünlük verir.

 

Maraqlıdır, Şəki-Zaqatala regionu üzrə abituriyentlər ən çox hansı universitetlərə qəbul olub?

 

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata əsasən, Balakən rayonu üzrə abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universitinə qəbul olub.

 

Qax rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitinə qəbul olub.

 

Qəbələ rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.

 

Oğuz rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinə qəbul olub.

 

Şəki rayonu üzrə abituriyentlərin ən çoxu Azərbaycan Dövlət Pedaqoji Universitinə qəbul olub.

 

Zaqatala rayonu üzrə abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetinə qəbul olub.

Chosen
7
4
azedu.az

5Sources