EN

SEPAH-ın daha bir generalı öldürüldü


İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının (hava hücumundan müdafiə qüvvələrinin qərargahının) və “Xatəm əl-Ənbiya” Fövqəladə Komandanlığının rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şadmani İsrail Müdafiə Qüvvələrinin gecə İrana endirdiyi zərbələr nəticəsində öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri İran rejiminin yüksək rütbəli hərbi komandirini öldürüb. Dəqiq kəşfiyyat məlumatlarından sonra İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr gecə saatlarında Tehranın mərkəzində yerləşən qərargahlara hücum edib və Baş Qərargah rəisi, ən yüksək rütbəli hərbi komandir və İranın Ali dini lideri Əli Xameneinin ən yaxın adamı Əli Şadmanini öldürüb”, - mətbuat xidməti qeyd edib.
Mətbuat xidməti həmçinin qeyd edib ki, Şadmani mərkəzi qərargah rəisi və silahlı qüvvələrin fövqəladə komandanı vəzifəsini tutub, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusuna və İran ordusuna komandanlıq edib.
Chosen
9
50
yeniavaz.com

10Sources