EN

ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün addımlar atır – Tramp

Ağ Ev rəhbəri nüvə silahı məsələsi ilə bağlı yenidən İran hakimiyyətinə xəbərdarlıq edib: “Mən İranda nüvə silahı görmək istəmirəm və bunun baş verməməsi üçün lazımi addımları atırıq”.

Herbiand.az xəbər verir ki, bunu Tramp Kanadada keçirilən G7 sammiti çərçivəsində İngiltərənin baş naziri Key Starmerlə görüşündən açıqlamasında bildirib.

Amerika lideri nüvə sazişini imzalamaq üçün Tehrana 60 gün vaxt verdiyini, lakin onun sözlərinə görə, İran tərəfinin bundan imtina etdiyini bildirib.

"Mən İrana 60 gün verdim, onlar dedilər ki, yox. Siz isə 61-ci gündə nə baş verdiyini gördünüz".

Chosen
7
herbiand.az

1Sources