EN

QƏRAR - bu şəxslər məhkəməyə məcburi gətiriləcək


Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dəvət olunan şahidlərin gəlmədiyi məlum olub. Hakim bildirib ki, iş üzrə istintaqda dindirilən şahid Şəhriyar Əliyev əsas şahiddir. Onun ifadəsi əsasında bu iş üzrə cinayət işi başlanılıb.
Hakim onun və məhkəməyə gəlməyən bütün şahidlər barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib. Qərar icra olunması üçün müvafiq quruma göndəriləcək. Məhkəmə prosesi iyulun 22-ə təyin olunub.

Mətləb Salahov

Chosen
2
13
baki-xeber.com

10Sources