EN

Bakıda növbəti "Fintex Sammit" keçiriləcək

İyunun 24-25-da Bakıda növbəti Maliyyə və Texnologiyalar Sərgisi ("Fintex Sammit") keçiriləcək.

"Report" bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir qurumun, eləcə də Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və "Visa" beynəlxalq kart təşkilatının qlobal tərəfdaşlığı ilə baş tutacaq, “Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsal İnteqrasiya, Fintex Tərəfdaşlıqları və Kibertəhlükəsizlik” mövzusuna həsr olunacaq, regionda rəqəmsal transformasiyanın və innovasiya yönümlü əməkdaşlığın aparıcı platforması kimi çıxış edəcək.

Sammit çərçivəsində 7 tematik panel üzrə yüksək səviyyəli müzakirələr aparılacaq. Əsas diqqət maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həlləridinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modellərinə yönələcək. Eyni zamanda, kibertəhlükəsizlik və rəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar da geniş şəkildə müzakirə ediləcək.

Tədbirdə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq və Asiya-Sakit okean regionları da daxil olmaqla 300-ə yaxın beynəlxalq və regional təşkilat iştirak edəcək. Ümumilikdə 1500-dən çox nümayəndənin, o cümlədən dövlət qurumları, kommersiya bankları, fintex şirkətləri, ödəniş texnologiyaları təminatçıları, investorlar, diplomatik nümayəndəliklər və akademik institutların təmsilçilərinin iştirakı gözlənilir. Tədbirdə 50-yə yaxın yerli və beynəlxalq spiker maliyyə texnologiyalarındakı trendləri və qabaqcıl təcrübələri bölüşəcək.

"Visa"nın Azərbaycandakı ölkə meneceri Nurlan Hacıyev bildirib: “Bizim üçün "Fintex Sammit"in dəstəkləməsi Azərbaycanda nu sahəin inkişafına sadiqliyimizi bir təsdiq etmək üçün fürsətdir. Ekspertləri, biznes, dövlət və bank sektorunun nümayəndələrini ödəmə texnologiyalarının gələcəyini müzakirə etmək üçün bir araya gətirən bu mühüm tədbirin illər boyu tərəfdaşı olmaqdan şərəf duyuruq. Azərbaycan özünü rəqəmsal transformasiyanın regional lideri kimi isbat edib və "Visa" bu strateji bazara yatırımlarını davam etdirərək daha əlçatan, təhlükəsiz və effektiv ödəmə infrastrukturunun yaradılmasına öz töhfəsini verməyə davam edir”.

Chosen
9
8
report.az

10Sources