Bakı. Trend:
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləritədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərəkonlara qarşı dələduzluq edən 33 yaşlı Fidan Məmmədovasaxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, o,ayrı-ayrı vaxtlarda 11 vətəndaşı dövlət qurumlarına müxtəlifvəzifələrə işə düzəltmək vədi ilə aldadaraq 42 min manata yaxın pulvəsaitini ələ keçirib.
Faktla bağlı Sumqayıt ŞPİ-də cinayət işi başlanılıb, hazırdacinayət işi üzrə araşdırma davam etdirilir.
F.Məmmədovanın analoji əməllərindən zərər çəkmiş başqa şəxslərvarsa, bu barədə polisə məlumat verə bilərlər.