AZ

Dövlət qurumlarında işə düzəltmək adı altında dələduzluq edən şəxs məsuliyyətə cəlb olunub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 33 yaşlı Fidan Məmmədova saxlanılıb.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, o, ayrı-ayrı vaxtlarda 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq 42 min manata yaxın pul vəsaitini ələ keçirib.

Faktla bağlı Sumqayıt ŞPİ-də cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Fidan Məmmədovanın analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
25
azertag.az

10Mənbələr