EN

Tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edildi

Ajans.az xəbər verir ki, yeni dövlət standartlarının tətbiqində məqsəd beynəlxalq təcrübələr əsasında tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyət göstəricilərini müasir tələblərə uyğunlaşdırmaqdır. Qeyd olunan dövlət standartları binaların və qurğuların inşaat konstruksiyaları və onların qrunt əsaslarının etibarlılığının təmin edilməsi, eləcə də yükdaşıyan və yükdaşımayan konstruksiyalarda üfüqi daş hörgü tikişlərinin armaturlanması, beton dam örtüyü plitələri, pilləli dam örtükləri, divar üzlükləri və örtükləri üçün fitinqlərə dair texniki tələbləri müəyyən edir. Standartlara həmçinin yerində betonlanan yol örtüklərinin komponentləri və körpü tikintisində döşənək elementi kimi istifadə olunan, fabrikdə istehsal edilən yığma dəmir-beton konstruksiya elementlərinə dair tələblər də daxildir.

Qeyd edək ki, yeni dövlət standartlarının layihələri “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında müzakirə edilib və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlər Dövlət Fonduna daxil edilib.

Chosen
3
28
Ajans.az

2Sources