EN

2027-ci ilin sonunadək Rusiya qazı idxalına qadağa tətbiq edəcək

BAKI, 17 iyun. TELEQRAF

Avropa Komissiyası bu gün Rusiya qazı və maye qazının (LNG) Avropa İttifaqına (Aİ) idxalına 2027-ci ilin sonunadək qadağa qoyulmasını təklif edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters”in əldə etdiyi Avropa Komissiyasının daxili sənədində qeyd olunub.

Planın Macarıstan və Slovakiya kimi üzv ölkələr tərəfindən qarşısının alınmaması üçün hüquqi mexanizmlərdən istifadə ediləcəyi gözlənilir.

Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən Rusiya qazının və LNG-nin Aİ-yə idxalına qadağa qüvvəyə minəcək. Lakin bəzi müqavilələr üçün daha uzun keçid dövrü nəzərdə tutulur.

Belə ki, 2025-ci il iyunun 17-dək imzalanmış qısamüddətli Rusiya qazı üzrə müqavilələr üçün bir illik keçid müddəti veriləcək. Bu müqavilələr 2026-cı il iyunun 17-dək qüvvədə qala biləcək.

Hazırda “TotalEnergies” və İspaniyanın “Naturgy” şirkəti də daxil olmaqla bir sıra Avropa enerji şirkətlərinin 2030-cu illərə qədər qüvvədə olan Rusiya ilə LNG müqavilələri mövcuddur.

Həmçinin, Aİ-yə məxsus LNG terminallarının Rusiya şirkətlərinə xidmət göstərməsinə də mərhələli şəkildə qadağa tətbiq ediləcək. Bundan başqa, Rusiyadan qaz idxal edən şirkətlər müqavilə detalları barədə həm Aİ, həm də milli səviyyədə səlahiyyətli orqanlara məlumat verməli olacaqlar.

Qeyd edək ki, Hazırda Avropanın qaz tələbatının təxminən 19%-i hələ də Rusiya hesabına ödənilir. Bu qaz əsasən “Türk axını” boru kəməri və LNG gəmiləri vasitəsilə daxil olur. Müqayisə üçün, 2022-ci ildən əvvəl bu rəqəm 45%-ə yaxın idi. Belçika, Fransa, Niderland və İspaniya Rusiya LNG-sini idxal edən ölkələr sırasındadır.

Chosen
24
7
teleqraf.com

10Sources