EN

Mühüm proses başladı: üç ay vaxt var – Bakıda nə baş verir? 

  Bakıda hazırda Formula-1 yarışlarına hazırlıq prosesi davam edir. Tədbirin 19–21 sentyabr tarixlərində keçirilməsi planlaşdırılsa da, artıq may ayının əvvəlindən paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işlərinə başlanılıb. Nəticədə şəhərin mərkəzi küçələri hasarlanıb və bu da vətəndaşların gündəlik hərəkətində çətinliklərə səbəb olub.

Bu il hazırlıq prosesləri niyə erkən başlayıb? İndidən küçələrin hasarlanması hansı zərurətdən irəli gəlir?

Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, yarışa bir neçə ay qalmasına baxmayaraq, şəhərin mərkəzinin hasarlanması məntiqsiz addımdır:

“Yarış iştirakçıları üçün Bakı əhalisinin narahatlığı hesabına şərait yaradılır. İnsanların gündəlik rahatlığına məhəl qoyulmur. Cəmiyyətdə yaranan narazılıq idarəçiləri maraqlandırmır. Belə səriştəsiz, təsadüfi şəxslərin vəzifəyə gətirilməsi təəccüb doğurur. Onsuz da tıxacdan əziyyət çəkən paytaxt sakinlərinin vəziyyəti daha da ağırlaşdırılır. Bu cür addımı hansı məntiq izah edə bilər?”.
Jurnalist bildirib ki, şəhərin infrastruktur imkanları nəzərə alınmalı idi:

“Belə tədbir planlaşdırılırdısa, ya şəhərdən kənarda xüsusi infrastruktur qurulmalı, ya da yarış başqa şəhərə – məsələn, Gəncə və ya Sumqayıta keçirilməli idi. Əvvəllər hazırlıq işləri yarışa bir ay qalmış başlayırdı, indi isə öz fəaliyyətlərini asanlaşdırmaq üçün may ayından etibarən yolları hasarlayıblar. Çünki əhalinin çəkdiyi əziyyət onlar üçün əhəmiyyət daşımır. Təəssüf ki, bu cür münasibətə başqa ad vermək olmur”.


Chosen
11
referans.az

1Sources