EN

Göygöldə 150 nəfərlik müasir turizm obyektinin açılışı oldu - Fotolar

Son illər ərzində Göygöl rayonuna yerli və xarici turistlərinin axının artması rayonda yeni və müasir turizm obyektlərinə tələbatı artırıb.

Rayon İcra Hakimiyyəti tərəfindən investorların cəlb olunması, həmçinin, sahibkarların burada turizmin inkişafına təkan verməsi, müasir obyektlərin tikintisinin aparılması üçün bütün şərait yaradılıb.

Belə müasir turizm məkanlarından biridə Göygöl rayonu Toğanalı kəndində ərazisində 15 iyul tarixində istifadəyə verilən “Heaven Resort&Hotel” hoteli olub.

Turizm obyektinin açılışında Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şərur MTK rəhbəri İsfəndiyar Axundov, müəssisə, turizm təşkilatlarının nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev bildirib ki, son üç il ərzində Göygölə gələn turistlərin sayında əhəmiyyətli artım qeydə alınıb. Rayonda turizm sektorunun inkişafı qarşıya qoyulan əsas məqsədlərdən biridir. O qeyd edib ki, bu istiqamətdə müvafiq addımların atılması rayon rəhbərliyi səviyyəsində davam etdiriləcəkdir.

Şərur MTK-nin rəhbəri İsfəndiyar Axundov ilk növbədə sahibkarlara yaradılan şəraitə görə Rayon İcra Hakimiyyəti rəhbərliyinə təşəkkür edib. Diqqətə çatdırıb ki, yeni istifadəyə verilən hotel kompleksində qonaqların istirahəti üçün bütün lazımi şərait yaradılıb.

Daha sonra qonaqlar turizm obyekti ilə yaxından tanış olub, həmçinin, açılış münasibətilə ziyafət verilib.

Məlumat verilib ki, yeni istifadəyə verilən  “Heaven Resort&Hotel”in tikintisi bir ilə başa çatdırılıb. Eyni anda 150 qonaq qəbul etməyə malik, 48 nömrədən ibarət turizm obyektində otaqlar nəfis tərtibat və dizaynda standart, deluxe və vip olmaqla üç yerə ayrılır.

Hotelin restoran hissəsi açıq teras və qapalı olmaqla eyni anda 200 qonaq qəbul edə bilir. Mətbəxin rəngərangliyi və yemək çeşidlərinin bolluğu buraya gələn qonqların xüsusi olaraq zövqünü oxşayacaq.

Hotel unikal təbiət mənzərəsi və təmiz atmosferi ilə qonaqların diqqətini cəlb edir. Həmçinin, müəssisənin Göygöl Milli Parkına yaxın olması onu turistlər üçün daha arzuolunan edir.

Qeyd edək ki, yeni açılan müəssisə məşğulluğun və daim iş yerlərinin də artmasına da təkan verib. Belə ki, ilkin qaydada 21 nəfər daimi iş yeri ilə təmin olunub.





Chosen
19
2
qafqazinfo.az

3Sources