EN

“PAŞA Bank” Visa-nın xüsusi mükafatı ilə təltif olundu

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”Visa beynəlxalq ödəniş sisteminin xüsusi mükafatına layiqgörülüb.

Bu mükafat Banka “Tap to Phone” texnologiyasının istifadəsi və“PASHA Private Banking” müştəriləri üçün xüsusi kartların təqdimatıilə ölkədə ödəniş sisteminin inkişafına töhfəsinə görə təqdimedilib. Mükafatlandırma prosesi 24–25 may 2025-ci il tarixlərindəAzərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyətgöstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq, eləcə də Rəqəmsalödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizəüzrə ekspert qruplarının görüşündə baş tutub.

Qeyd edək ki, “Tap to Phone” (mPOS) məhsulu smartfonları POSterminalına çevirərək sahibkarlara Android cihazları üzərindəntəhlükəsiz və sürətli ödəniş qəbul etməyə imkan verir. Fizikiterminala ehtiyac olmadan həyata keçirilən bu ödənişlər, lazımolduqda, fiskal kassa cihazı ilə inteqrasiya edilərək e-qəbzinvergi orqanlarına ötürülməsini də təmin edir.

“Horizon” və “Heritage” eksklüziv kartları isə fərdi bankçılıqxidmətləri, premium tədbirlərə çıxış, öncədən sifariş imkanı və“Miles and Smiles” çərçivəsində millər toplamaq kimi üstünlüklərtəqdim edir. Kart sahibləri və onların ailələri həmçinin “FastTrack”, “Lounge Key” və “Air Transfer” xidmətlərindən yararlanabilirlər.

Xatırladaq ki, “PAŞA Bank” son illər ərzində rəqəmsal bankçılıqvə biznes xidmətləri sahəsində mühüm uğurlara imza atıb. Belə ki,2024-cü ildə “SME Banking Agency” bankın onlayn platformasınıölkənin ən yaxşı biznes bankı, mobil tətbiqini isə 112 meyarəsasında ən yaxşı mobil bankı elan edib. Eyni ildə Bank “Euromoney”jurnalı tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı”, 2025-ci ildəisə “International Investor” jurnalı tərəfindən real sektorundayanıqlı inkişafına verdiyi töhfəyə görə “Azərbaycanın ən yaxşıbankı” seçilməsi də yer alır.

Məqalədə:
Chosen
40
3
az.trend.az

10Sources