EN

İtaliya qərarını verdi! - şagirdlərin mobil telefonlardan istifadəsi qadağan edildi


İtaliyada ümumtəhsil məktəblərində orta sinif şagirdlərinin mobil telefonlardan istifadə etməsi qadağan olunub. Bu barədə İtaliyanın təhsil naziri Cüzeppe Valditara qərar imzalayıb.

Qərara əsasən, yeni tədris ilindən başlayaraq ümumtəhsil məktəblərində orta sinif şagirdlərinin dərs zamanı və ümumilikdə məktəb vaxtı mobil telefondan istifadəsi qadağan edilib. Yalnız müstəsna hallarda əlilliyi və ya xüsusi öyrənmə çətinliyi olan şagirdlərin mobil telefondan istifadə etməsinə icazə veriləcək.

Mətləb Salahov

Chosen
9
9
baki-xeber.com

10Sources