EN

Putin Kim Çen Inla yeni sövdələşmədə: Şoyqunu yenə Pxenyana göndərdi

Bu gün, 09:34

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu prezident Vladimir Putinin xüsusi tapşırığı ilə Pxenyana gəlib.
Reportyor.tv TASS-a istinadən xəbər verir ki, onun KXDR lideri Kim Çen Inla görüşü gözlənilir.
Bu, Şoyqunun son üç ayda KXDR-ə üçüncü səfəridir. Mart ayındakı səfərdən sonra Şoyqu iyunun 4-də, yenə də Putinin xüsusi tapşırığı ilə Pxenyana getmişdi.
Orada Kim Çen Inla görüşərək Ukrayna ətrafındakı vəziyyəti, Kursk vilayətinin bərpasını və “Ukraynaya qarşı döyüşən koreyalı döyüşçülərin xatirəsinin əbədiləşdirilməsini” müzakirə ediblər.
Ay ərzində Şoyqunun ikinci dəfə Şimali Koreyaya göndərilməsi Rusiyanın döyüş meydanında ciddi çətinliklərlə üzləşərək, Pxenyandan yenidən canlı qüvvə yardımı istəməsi ilə izah olunur. Qərb mənbələri hələ iyunun əvvəlində yazmışdılar ki, Rusiya bu dəfə Şimali Koreya hərbçilərini bilavasitə Ukrayna ərazisində döyüşlərə cəlb etmək niyyətindədir.
Musavat.com

Chosen
10
1
Reportyor.tv

2Sources