EN

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

2025-ci ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan məhsullar arasında yulaf yer alıb.

Valyuta.az xəbər verir ki, idxal olunan yulafın həcmi 73,74 ton təşkil edib.

İdxal prosesinin həyata keçirilməsi üçün 16,47 min ABŞ dolları xərc çəkilib. 

Məlumata görə, cari ilin ilk üç ayında yulaf ancaq bir ölkədən – Rusiyadan gətirilib. Rusiyadan Azərbaycana idxal olunan 1 kiloqram yulafın qiyməti 0,22 ABŞ dolları və ya 32 qəpik olub.

Paytaxtdakı iri marketlərdə yulafın 500 qramlıq qablaşdırmaları təxmini 2,90 manatdan başlayaraq təklif olunur. Bu isə 1 kiloqram üçün orta hesabla 6 manatdan artıq satış qiyməti deməkdir

Sərvanə Rəmixanova

Chosen
27
valyuta.az

1Sources