EN

İsrail İrandan raket atıldığını bildirdi

İsrail Ordusu İrandan növbəti raket zərbəsi qeydə alıb, ölkənin şimalında hava hücumu sirenləri səslənib.

KONKRET.az xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.

“İsrailin Müdafiə Ordusu İrandan yəhudi dövlətinin ərazisinə doğru atılan raketləri aşkar edib. İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün raketi vurub və cavab zərbələri endirir”, – Ordunun bəyanatında deyilir.

Həmçinin qeyd olunur ki, raket buraxıldıqdan sonra İsrailin şimalında bir neçə bölgədə hava hücumu sirenləri səslənib.

Chosen
6
50
konkret.az

10Sources