EN

Hacıqabulda keçmiş məhkum narkotikaya görə saxlanılıb


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından müxtəlif növ narkotik vasitələr alan əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan mətbuata verilən məlumata görə, adıçəkilən şəxsdən bir kiloqrama yaxın marixuana və 350 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mətləb

Chosen
7
20
baki-xeber.com

10Sources