EN

"ABŞ cari maliyyə siyasəti altında iflas riski ilə üzləşir"

Elon Mask cari maliyyə siyasətinin dəyişmədiyi təqdirdə ABŞ-ın defolt riskləri barədə xəbərdarlıq edib.

Banco.az xəbər veir ki, bu barədə o, X sosial şəbəkəsində ABŞ dövlət borcunun həcmi və ona xidmət göstərilməsi ilə bağlı nəşri şərh edərkən yazıb.

“Belə davam edərsə, Amerika faktiki olaraq müflisləşəcək və bütün vergi gəlirləri milli borcun faizlərinin ödənilməsinə gedəcək, başqa heç nəyə pul qalmayacaq”, - Mask deyib.

Şərhə səbəb Wall Street Mav hesabının yazısı olub. Belə ki, ABŞ federal büdcəsinin vergi gəlirlərinin təxminən 25%-i sırf 37 trilyon dollara çatan milli borcun faizlərinin ödənilməsinə xərclənir. Eyni zamanda, büdcənin illik gəlirləri 5 trilyon dollara yaxındır.

Nəşrə 1960-cı illərdən 2025-ci ilə qədər ABŞ-ın dövlət borcunun artım qrafiki əlavə olunub. Qrafikdən görünür ki, 2000-ci illərin əvvəllərindən etibarən dövlət borcu xüsusilə sürətlə artmağa başlayıb və 2025-ci ilin yanvarında artırılmış əvvəllər müəyyən edilmiş 36,1 trilyon dollar həddini artıq keçib.

Chosen
5
5
banco.az

6Sources