EN

ABŞ və Böyük Britaniya tarif razılaşmasını imzalayıb

Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp hazırda Kanadada keçirilən G7 sammiti çərçivəsində görüş keçiriblər.

“İki sahil” “Sky News”a istinadla məlumatına görə, Tramp jurnalistlərə açıqlamasında bildirib ki, o və Starmer ötən ay razılaşdırılmış ABŞ-Böyük Britaniya sazişini rəsmiləşdirən sənədi imzalayıblar. O, bu razılaşmanın hər iki ölkə üçün ədalətli olduğunu, çoxlu sayda iş yerləri və gəlir yaradacağını qeyd edib.

Baş nazir Starmer isə bu sazişin avtomobil və aerokosmik sənayelərə tətbiq olunan tariflərin azaldılmasını nəzərdə tutduğunu deyib və razılaşmanı həqiqətən mühüm bir addım kimi dəyərləndirib.

Kanadada jurnalistlərin suallarını cavablandıran Prezident Tramp Böyük Britaniyanın əlavə tariflərdən qorunub-qorunmayacağı ilə bağlı suala cavabında isə bildirib ki, Böyük Britaniya çox yaxşı qorunur: “Blirsiniz niyə? Çünki mən onları xoşlayıram. Baş nazir əla iş görüb. Bunu Böyük Britaniya xalqına çatdırmaq istəyirəm. O, həqiqətən çox yaxşı iş görüb. Altı ildir bu saziş barədə danışıqlar aparılır, amma o, digərlərinin bacarmadığını bacardı”.

Chosen
9
2
ikisahil.az

3Sources