ABŞ Prezidenti Donald Tramp öz komandasına İran rəsmiləri ilə mümkün qədər tez görüş təşkil etməyi tapşırıb.
Sfera.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Tramp İran-İsrail münaqişəsini diplomatik yolla həll etmək üçün ciddi cəhdlə çalışır.
O, vitse-prezident Ceyms Devid Vensi və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffu bu həftə iranlılara görüş təklif etməyə çağırıb.