Sfera.az saytından alınan məlumata görə, ain.az bildirir.
Hitlerin həyatı qəribəliklərlə dolu idi. Onun bacısı qızı ilə qadağan olunmuş eşq macərası buna bir misaldır.
Geli Raubal 1931-ci ildə faciəli şəkildə öldürülüb və onu öldürən şəxs heç vaxt tutulmayıb. Lakin onun öldürülmə üsulu, vaxtı və digər sübutlar Hitlerin əsas şübhəli olduğunu göstərdi. Bir çox insanlar Hitlerin sevgilisini öldürüb-öldürmədiyini uzun müddət müzakirə ediblər.
Sfera.az bu dəfə sizə mövzu ilə bağlı çox maraqlı yazı təqdim edir.
Geli Raubal Adolf Hitlerlə necə tanış oldu?
Geli 17 yaşında olanda taleyin bir dönüşü onu Hitlerin evinə aparır. Gelinin anası Anjela Hitlerin ögey bacısı idi. Anjela əri öldükdən sonra bir çox maddi çətinliklərlə üzləşdi. Buna görə də Hitler Anjelaya özünü və qızlarını dolandırmaq üçün təmizlikçi işləməyi təklif etdi. Bu təklifi təbii qəbul edən Anjela hər iki qızını Hitlerin evinə aparır.
Şayiələrə görə, Geli gözə çarpan bir gözəlliyə malik idi.
Lakin bu cazibə Hitlerin idarəçilik vəsvəsəsi səbəbindən Geli üçün depressiv əhval-ruhiyyəyə çevrildi. Buna görə də dörd il sonra Anjela Berchtesgaden yaxınlığındakı villaya köçdü. Hitler Gelidən Münhendəki mənzilində onunla yaşamasını xahiş etdi. Geli bunu qəbul etməli oldu. Geli yavaş-yavaş Hitlerin həyatının ayrılmaz hissəsinə çevrilirdi. O, dayısının iş görüşlərində, ictimai işlərdə, məclislərdə onu müşayiət edirdi. Hitler Gelidən 19 yaş böyük olsa da, onların ikisinin bir-birləri ilə əsl əlaqə hiss etdikləri deyilir. Bundan əlavə, bir çox araşdırmalar onların münasibətlərində qısqanclığın hakim olduğunu söyləyir. Hitler Gelinin gözəl görünüşünə və yaşıdları ilə tez-tez flört etməsinə çox paxıllıq edirdi.
Gelinin də qısqanclıq tutmaları da var idi.
Geli Hitlerin fotoqrafı ilə işləyən gözəl model Eva Braunu qısqanırdı. Evanın Hitlerlə flört etdiyinə inanırdı. Hitler qatıldığı tədbirlərdə Gelini müşayiət edirdi. Tez-tez onu teatra və ya operaya aparır, yalnız onun hüzurunda təsəlli və dinclik tapırdı. Birlikdə alış-verişə və pikniklərə gedərdilər. Onlar bir yerdə olanda Hitler bacısı qızının mühafizəçisi kimi görünürdü. Hitler özü olmayanda həmişə Geliyə göz-qulaq olması üçün adam göndərirdi. Geli emosional cəhətdən boş bir qız idi, ona görə də Hitlerdən asanlıqla təsirlənmişdi. Bir müddət sonra Hitlerin ata simasından nəzarətsiz tirana çevrilməsindən çox, çox təəccübləndi.
Get-gedə Adolfla arasındakı münasibət çətinləşməyə başladı.
Hitler Geli ilə ictimaiyyət arasında görünməkdən həzz alırdı və bu, ona müvəffəqiyyətli və qürurlu hiss etdirirdi. Hitler ideal qadın fiquru ilə bağlı fikirlərini Geliyə tətbiq edirdi, gündəlik fəaliyyətini maksimum məhdudlaşdırır, onu az qala məhbus kimi saxlayırdı. Hətta Gelinin şofer Emil Moris ilə münasibətdə olduğu da iddia edilirdi. Bunu eşidən Hitler Morisi danlayaraq işdən qovub. Gelinin potensial digər namizədləri də Hitler tərəfindən qovulub. Gelinin dostları ilə ünsiyyəti və görüşü tamamilə qadağan edilib. Gözəl qızın cazibəsi ümidsizliyə, kədərə çevrildi. Hitler Gelini sahiblik instinkti ilə qoruyurdu. Bu zaman bir neçə nəfər Hitlerin ögey bacısı qızı ilə münasibətindən şübhələnməyə başlamışdı. Şəhərdə onun bacısı qızı ilə cinsi əlaqədə olması barədə şaiyələr gəzirdi. O dövrdə nasist partiyası hakimiyyətdə olduğundan Hitlerə uğuruna xələl gətirə biləcək hər hansı bir qalmaqal barədə xəbərdarlıq edilmişdi. Lakin Hitler bu xəbərdarlıqlara məhəl qoymadı.
İntihar etdi, yoxsa bu davadan sonra öldürüldü?
Geli azad ruhlu qadın idi. İkisi tez-tez vuruşurdular, çünki daim azadlığını istəyirdi. O, Vyanada müğənni olmaq istəyirdi və Vyanada musiqi müəllimi ilə münasibətdə olduğu barədə şayiələr yayıldı. Geli Vyanaya qaçıb gələcək əri ilə orada yaşamaq arzusunda idi. Hitlerin Gelidən uzaqlaşmağa dözə bilməyəcəyi aydın idi və bu, ikisi arasında mübahisəyə səbəb oldu. Belə davaların birində Geli pəncərədən çölə söykənərək Hitlerin eşitməsi üçün nəsə qışqırsa da, Hitler “Yox, sonuncu dəfə yox” deyə cavab verir. Həmin gün Geli huşsuz vəziyyətdə öz qanının içində tapılır. Geli Hitlerin tüfəngindən aldığı güllə yarasından ölmüşdü. Ölümü intihar elan edilsə də, yarılma aparılmayıb. Bundan əlavə, güllənin dəyən yeri onun intihar olmadığını göstərirdi.
Rəsmi polis qeydləri hadisə ilə bağlı fərqli açıqlama verib.
“Əməliyyatçılar Gelini göy libas geyinmiş yerdə üzü aşağı uzanmış vəziyyətdə tapdılar. Onun qolu divanda Hitlerin Valter tapançasına tərəf uzanmışdı. Ürəyinin üstündəki güllə yarasından qan axırdı, ciyərini deşmişdi”.
Amma bir fakt da var idi ki...
Məlumata görə, Gelinin cəsədi tapılan zaman Hitler şəhərdə olmayıb. Nasistlərin aparıcı lideri Rudolf Hessə görə, Hitler Gelinin ölümündən xəbərsiz idi. Lakin bu xəbəri alandan bir neçə gün sonra Hitler qəm-qüssədən az qala komaya düşüb. O, hətta öz canını da almağı düşünürdü.
Deyirlər ki, Hitler Geli öldükdən sonra vegetarian olub, çünki ət görəndə ona Gelinin meyitinin ətini xatırladırdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.