EN

Çin öz vətəndaşlarını İsraili ən qısa zamanda tərk etməyə çağırıb

Pekin, 17 iyun, AZƏRTAC

Çinin İsraildəki səfirliyi vətəndaşlarına Yaxın Şərqdə yaranmış gərginlik fonunda İsraili ən qısa zamanda tərk etmək barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, səfirlik Çin vətəndaşlarına xəbərdarlıq edərək, şəxsi təhlükəsizliyini təmin edə biləcəkləri təqdirdə, quru sərhəd keçidləri vasitəsi ilə İsraili tərk etməyə çağırıb.

Çin vətəndaşlarına İsraili tərk etmək üçün İordaniya istiqaməti tövsiyə olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
11
6
azertag.az

7Sources