Ajans.az xəbər verir ki, ABC telekanalına müsahibəsində bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. O bildirib: "Bu gün Tel-Əvivdir. Sabah Nyu-York olacaq... Baxın, mən "öncə Amerika" prinsipini başa düşürəm. Amma "Amerika məhv edildi" prinsipini başa düşmürəm", - İsrail hökumətinin başçısı bildirib.
B.Netanyahu əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp İsraili dəstəkləyir və o, Amerika liderinin dəstəyini şəxsən yüksək qiymətləndirir.