EN

UEFA sanksiyaya əl atdı

“Droheda Yunayted”in məşqçi və futbolçu heyəti, həmçinin azarkeşləri məyusluq içindədi. İrlandiya klubu UEFA-nın qərarı ilə sanksiya alıb.

"Football-plus.az" xəbər verir ki, qitə futbol qurumu komandanı Konfrans Liqasının (KL) 2025/26 mövsümündə iştirakdan kənarlaşdırılıb.

Klubun mətbuat xidmətinin məlumatına görə, buna səbəb “Droheda Yunayted”i maliyyələşdirən şirkətin KL-də çıxış edəcək “Silkeborq”un (Danimarka) da sponsoru olmasıdı. UEFA-nın reqlamentinə əsasən, bir sahibkara məxsus olan komandalar eyni turnirdə iştirak edə bilməz.

“Droqeda Yunayted” rəhbərliyi artıq UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə şikayət edib.

Chosen
16
1
football-plus.az

2Sources