EN

İlon Mask ABŞ-ni defolt təhlükəsi barədə xəbərdarlıq edib

Bakı. Trend:

İlon Mask ABŞ-nin hazırkı maliyyə siyasətinin dəyişməyəcəyitəqdirdə ölkənin defolt riski ilə üz-üzə qala biləcəyinibildirib.

Trend xəbər verirki, bu barədə o, sosial şəbəkə "X"də ABŞ dövlət borcu və onaxidmətlə bağlı paylaşıma münasibət bildirərkən yazıb.

"Əgər bu cür davam etsə, ABŞ faktiki olaraq müflisləşəcək. Bütünvergi gəlirləri yalnız dövlət borcunun faizlərinin ödənilməsinəyönələcək və başqa heç nəyə vəsait qalmayacaq", – deyə Mask qeydedib.

Xatırladaq ki, hazırda ABŞ-nin federal vergi gəlirlərinintəxminən 25 faizi 37 trilyon dollara çatan dövlət borcununfaizlərinə yönəldilir. Ölkənin illik büdcə gəlirləri isə təxminən 5trilyon dollar təşkil edir.

Qeyd edək ki, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri olanİlon Mask 368 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlıinsanı hesab olunur.

Chosen
34
az.trend.az

1Sources