Təl-Əviv bu gün müdafiə olunmasa, sabah Nyu-York İran tərəfindən vurulacaq, ona görə də ABŞ vəziyyətə müdaxilə etməlidir...
Poliqon xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Bu gün Tel-Əvivdir. Sabah Nyu-York olacaq. Baxın, mən öncə Amerika prinsipini başa düşürəm. Amma Amerika məhv edildi prinsipini başa düşmürəm", İsrail hökumətinin başçısı bildirib.
Netanyahu əlavə edib ki, ABŞ prezidenti Donald Tramp İsraili dəstəkləyir və o, Amerika liderinin dəstəyini şəxsən yüksək qiymətləndirir.
Bir gün əvvəl Tramp mətbuat konfransı zamanı Vaşinqtonun Tehranla müharibəyə girə biləcəyi şərtlər barədə danışmaqdan imtina etmişdi. Jurnalistin sualına Amerika lideri cavab verib ki, bu barədə danışmaq istəmir.
Poliqon.info