EN

ABŞ və Böyük Britaniya aerokosmik sənaye üzrə tarifləri aradan qaldıracaq ticarət sazişi imzalayıb

Bakı. Trend:

Vaşinqton və London ABŞ-nin Böyük Britaniyanın aerokosmiksənayesinə tətbiq etdiyi tariflərin aradan qaldırılmasını nəzərdətutan ticarət sazişini yekunlaşdırıb.

Trend-inməlumatına görə, bu barədə bazar ertəsi Ağ Ev jurnalistlərəaçıqlama verib.

Razılaşmaya əsasən, ABŞ Ticarət Nazirliyi Britaniyadan idxalolunan polad və alüminium üçün 25 faiz tarifsiz kvota tətbiqedəcək.

Saziş “Yeddilik Qrupu”nun (G7) Kananaskisdə keçirilən sammitiçərçivəsində ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Başnaziri Key Starmer tərəfindən elan olunub.

Çıxışı zamanı Tramp ikitərəfli ticarət razılaşması ilə bağlıicra sərəncamını nümayiş etdirmək üçün qovluğu açarkən bir neçəsəhifə yerə düşüb. Starmer kağızları yığmağa kömək edərəktəbəssümlə “Çox vacib sənəddir” deyib.

Tramp isə çıxışında bu sənədi səhvən “Avropa İttifaqı iləticarət sazişi” adlandırıb və digər ölkələrlə də oxşar sazişlərinhazırlanacağını bildirib.

Chosen
29
az.trend.az

1Sources