EN

İrlandiyada 800 körpənin meyiti axtarılır

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

İrlandiyada "tənha analar evi"ndə yüzlərlə körpə cəsədinin axtarışına başlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Məlumata görə, ərazidə 800-ə yaxın uşağın qalıqları kütləvi məzarlıqda basdırıla bilər.

1925 və 1961-ci illərdən İrlandiyada ərə getməmiş hamilə qadınlar bu müəssisəyə göndərilirdi. O zamanlar ölkə katolik təriqətinin güclü dini təsiri altında idi və qeyri-qanuni uşaqlar günahkar sayılırdı.

Yerli tarixçi Ketrin Korless hesab edir ki, ölən uşaqların cəsədləri "çuxur" adlanan keçmiş kanalizasiya çəninə atılıb. Səlahiyyətlilər DNT testi vasitəsilə mümkün qədər çox qalıqları müəyyən etməyi və bütün uşaqları yenidən dəfn etməyi qarşılarına məqsəd qoyublar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
oxu.az

1Sources