EN

Ağ Ev: Tramp G7 sammitini erkən tərk edəcək

BAKI, 17 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Kanadada keçiriləcək G7 sammitini erkən tərk edərək ABŞ-a qayıdacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.

O qeyd edib ki, Ağ Ev rəhbəri “zirvə toplantısında Böyük Britaniya və Baş nazir Keir Starmerlə böyük ticarət sazişi imzalayaraq əla gün keçirib”.

K.Levit deyib: "Yaxın Şərqdə baş verənlərə görə, Prezident Tramp bu axşam dövlət başçıları ilə nahardan sonra geri qayıdır".

Chosen
30
4
teleqraf.com

8Sources