EN

ABŞ İranla gərginliyə görə tanker təyyarələrini Avropaya yerləşdirib

ABŞ Müdafiə Nazirliyi İsrail və İran arasında silahlı münaqişə səbəbindən tanker təyyarələrini Avropaya yerləşdirib.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Məlumata görə, söhbət ABŞ Hərbi Hava Qüvvələrinin onlarla hava tankerindən gedir.

Nəşr qeyd edir ki, tanker təyyarələri keçən həftə sonu Amerika bazalarını tərk edərək Avropaya göndərilib.

Mənbə ABŞ təyyarələrinin yerləşdirilməsinin Yaxın Şərqdəki istənilən əməliyyatları dəstəkləmək məqsədi daşıdığını vurğulayıb. Oxşar məlumatı "Fox News" da yayıb.

Chosen
9
5
musavat.com

6Sources