EN

“Napoli”yə 18 milyon avroluq təklif göndərdi - “Beşiktaş”

“Beşiktaş” “Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo Anqissanı transfer etməkdə israrlıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı futbolçu üçün son təklifini təqdim edib: bonuslar daxil olmaqla 18 milyon avro.

Ancaq “Napoli” bu şərtlərlə razılaşmayıb. İtaliya klubu eyni məbləği yalnız sabit ödəniş kimi tələb edir və əlavə bonuslar da istəyir. Tərəflər arasında danışıqlar davam edir.

Kamerunlu futbolçu son mövsümdə “Napoli”nin heyətində bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.

Chosen
37
1
sportinfo.az

10Sources