EN

"Tarixin ən böyük hücumuna başlayırıq"

İsrail-İran müharibəsi günlərdir davam edir. İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatından sonra İsrail döyüş təyyarələri yenidən Tehrana zərbələr endirməyə başlayıb. Tehranda bir-birinin ardınca partlayışlar baş verib.

Bunun fonunda İran tərəfi açıqlama yayıb. 

Bəyanatda "Bu gecə İsraili daha sərt vuracağıq. Təl-Əvivi boşaldın. Tarixin ən böyük hücumuna başlayırıq. Ən ağır raket hücumu bu gecə gəlir. Bizi izləyin",- ifadələri işlədilib.

İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb. Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun komandanı və bir neçə yüksək səviyyəli komandir, həmçinin 10-dan çox nüvə alimi həyatını itirib. 

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 20-dən çox insanın öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.  \\Redaktor.az

Chosen
10
5
hurriyyet.az

5Sources