EN

Silahlı hücumda Dilan Polatın mühafizəçisi yaralandı

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

 Dilan Polatın mühafizəçisi Alper Ş., Polatın müalicə olunduğu özəl xəstəxananın qarşısında avtomobilin içində gözlədiyi zaman silahlı hücuma məruz qalıb və yaralanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Ümraniyə bölgəsində axşam saatlarında baş verib.

İddialara görə, həmin vaxt xəstəxanada müalicə alan Dilan Polat üçün orada gözləyən mühafizəçi Alper Ş., avtomobilin içində olarkən kimliyi hələ müəyyən edilməyən şəxs tərəfindən silahlı hücuma məruz qalıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və kriminalist qruplar cəlb olunub. Yaralanan Alper Ş. təcili olaraq Ümraniyə Tədris və Araşdırma Xəstəxanasına çatdırılıb. Hadisədən sonra Dilan Polatın həyat yoldaşı Engin Polat da xəstəxanaya gəlib.

Alper Ş.-nin vəziyyətinin yaxşı olduğu bildirilir. Hadisə ilə bağlı polis tərəfindən istintaq tədbirləri davam etdirilir.

Oksana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
azxeber.com

6Sources