EN

Bakıda zəncirvari yol qəzası baş verdi: yaralananlar var

Paytaxtda zəncirvari yol qəzası baş verib.

Teleqraf-ın məlumatına görə, hadisə Nərimanov və Nəsimi rayonlarının kəsişməsində - Atatürk prospektinin Dədə Qorqud parkı yaxınlığından keçən hissəsində baş verib.

Bir neçə avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada maşınlar ziyan görüb. İlkin məlumata görə 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
20
1
teleqraf.com

2Sources