Paytaxtda zəncirvari yol qəzası baş verib.
Teleqraf-ın məlumatına görə, hadisə Nərimanov və Nəsimi rayonlarının kəsişməsində - Atatürk prospektinin Dədə Qorqud parkı yaxınlığından keçən hissəsində baş verib.
Bir neçə avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada maşınlar ziyan görüb. İlkin məlumata görə 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.