Bakı, 16 iyun, AZƏRTAC
Ruslar İrandan quru yolu ilə Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
"İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə quru yolu ilə ölkəni tərk edə bilər. İsraildən isə qonşu Misirə və ya İordaniyaya gedə bilərlər", - mətndə deyilir.
Rusiya diplomatik missiyası, həmçinin İsrail və İrandakı ruslara hərbi və digər dövlət obyektlərinə yaxınlaşmamağı tövsiyə edir.