EN

Netanyahu İsrailin əməliyyatı nəticəsində İranda hakimiyyət dəyişikliyini istisna etməyib

İsrailin Baş naziri Binyamin Netanyahu güman edir ki, “Yüksək Aslan” hərbi əməliyyatı İranda hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər.

Missiya.Az Report-a istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

Netanyahunun sözlərinə görə, İsrail İrana qarşı əməliyyat zamanı üç əsas məqsəd güdür: respublikanın nüvə və raket proqramlarını məhv etmək, həmçinin terror oxu deyilən obyekti - regionda İran peykləri şəbəkəsini sıradan çıxarmaq.

Bundan əvvəl İsrail əməliyyatın yalnız iki əsas məqsədini bəyan edib: Tehranın nüvə və raket proqramlarının məhv olunması.

Chosen
12
5
missiya.az

6Sources