İsrailin Baş naziri Binyamin Netanyahu güman edir ki, “Yüksək Aslan” hərbi əməliyyatı İranda hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər.
Missiya.Az Report-a istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
Netanyahunun sözlərinə görə, İsrail İrana qarşı əməliyyat zamanı üç əsas məqsəd güdür: respublikanın nüvə və raket proqramlarını məhv etmək, həmçinin terror oxu deyilən obyekti - regionda İran peykləri şəbəkəsini sıradan çıxarmaq.
Bundan əvvəl İsrail əməliyyatın yalnız iki əsas məqsədini bəyan edib: Tehranın nüvə və raket proqramlarının məhv olunması.