EN

Zaqatalada FACİƏ: 5 yaşlı uşaq yük maşınının altında qaldı

Zaqatalada 5 yaşlı uşağın üstündən "KamAZ" markalı yük avtomobili keçib.

 

Sfera.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib.

 

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Elman Məcid oğlu Şeyxəliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusuna yerləşdirilib.

 

Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Chosen
38
24
sfera.az

10Sources