EN

Moskvanın mərkəzində çağırış məntəqəsini yandırmağa cəhd etdilər

BAKI, 16 iyun. TELEQRAF

"Rosqvardiya" əməkdaşları Rusiya paytaxtının mərkəzində çağırış məntəqəsini yandırmağa cəhd edən 18 yaşlı gənci saxlayıblar.

Teleqraf xəbər verir ki, məlumatı Lenta.ru yayıb.

"Rosqvardiya"nın Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən İdarədən bildirilib ki, vətəndaş hadisə yerində saxlanılıb.
Yanğın yanğınsöndürən balonla qısa müddətdə söndürülüb.

18 yaşlı gənc isə şəxs əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına təhvil verilib.

Chosen
24
1
teleqraf.com

2Sources