EN

"Mən buradayam və qələbə yenə gələcək" - Hidayət Heydərov

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov İnstaqram hesabında yeni paylaşım edib.

QOL.az xəbər verir ki, Olimpiya çempionumuz paylaşımında Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında ilk görüşdə uduzaraq mübarizəni dayandırması haqda yazıb. O bildirib:

"Tatamiyə 11 ay sonra qayıtdım. Bu, sadəcə dönüş deyil, yola davamdır. Məqsədim aydındır: yenə zirvəyə qalxmaq. Uduzmaq da bu yolun bir hissəsidir. Amma unutmayın: mən buradayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacağam”.

Qeyd edək ki, Hidayət dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.

Chosen
13
2
teleqraf.com

2Sources