EN

Vinisiusa qarşı nifrət zəminində hücum edənlərə şərti həbs cəzası verilib

Madrid məhkəməsi braziliyalı futbolçu Vinisius Juniora qarşı nifrət zəminində törədilmiş cinayət işi üzrə dörd nəfəri şərti həbs cəzasına məhkum edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hadisə 2023-cü ilin yanvarında, “Real Madrid”in İspaniya Kubokunda “Atletiko” ilə oyunu ərəfəsində baş verib. Həmin şəxslər paytaxt küçələrinin birində üzərində “Madrid ‘Real’ı sevmir” yazılmış banner və Vinisiyusun qara rəngdəki şar manekenini asaraq irqçi mesaj vermişdilər.

Məlumata görə, dörd nəfərin real həbs cəzasından yayına bilməsinə səbəb onların Vinisiyus, “Real Madrid” klubu, La Liqa rəhbərliyi və İspaniya Futbol Federasiyasına (RFEF) yazılı şəkildə üzr məktubu göndərməsi olub.

Xatırladaq ki, 2024/2025 La Liqa mövsümündə 24 yaşlı Vinisiyus Junior 30 oyunda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Çempionlar Liqasında isə o, 12 matçda 8 qol və 3 assistlə çıxış edib.

Chosen
25
3
90deqiqe.az

5Sources