Faktla bağlı araşdırma aparılır.
Ajans.az xəbər verir ki, hadisə Qazaxbəyli kəndində qeydə alınıb. Maskalı şəxs (və ya şəxslər) mənzilə axşam daxil olub və ev sahibi, 1979-cu il təvəllüdlü Allahverdiyev Emin Yusif oğludan kiçik toy məclisindən yığılan pulları almağa çalışıb. O, bu zaman ev sahibini bıçaqlayıb, həyat yoldaşına və övladına xəsarət yetirib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.