Qazaxda kiçik toy məclisi təşkil edən ailənin yaşadığı evə girən maskalı şəxs (və ya şəxslər) 3 nəfərə xəsarət yetirib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazaxbəyli kəndində qeydə alınıb.
Maskalı şəxs və ya şəxslər evə axşam saatlarında evə daxil olub və ev sahibi, 1979-cu il təvəllüdlü Allahverdiyev Emin Yusif oğludan kiçik toy məclisindən yığılan pulları almağa çalışıblar. Bu zaman ev sahibini bıçaqlayıblar, həyat yoldaşına və övladına xəsarət yetiriblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.