EN

İranın dövlət televiziyası: İsrailin şirkətə hücumu nəticəsində yaralılar var

BAKI, 16 iyun. TELEQRAF

İran dövlət televiziya və radio şirkətinin bir neçə əməkdaşı İsrailin hücumu nəticəsində yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat verib.

Dövlət televiziya və radio şirkətinin siyasi informasiya şöbəsinin rəhbəri Həsən Abedini bildirib ki, binada yanğın söndürülür, bir neçə işçi xəsarət alıb.

İranın dövlət televiziyasının qərargahına hücum iyunun 16-da canlı yayım zamanı baş verib. Hücum anında teleaparıcı Səhər Emami çəkilişlərin aparıldığı studiyanı tərk edib. Hücumdan bir neçə dəqiqə sonra o, havaya qayıdıb və İsrail ordusundan ikinci zərbəni endirməyi xahiş edib.

Chosen
24
teleqraf.com

1Sources