İranın paytaxtı Tehranda yerləşən “İran Silahlı Qüvvələrinin rabitə mərkəzinə” hava zərbəsi endirilib.
Referans xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.
“Bu gün, bazar ertəsi günü İsrail Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin məlumatlarına əsaslanaraq, İran Silahlı Qüvvələri tərəfindən hərbi məqsədlərlə istifadə olunan rabitə mərkəzinə dəqiq zərbə endirib”, – deyə ordunun açıqlamasında bildirilib.
Açıqlama ilə yanaşı, İslam Respublikasının dövlət televiziyası IRIB-in (Islamic Republic of Iran Broadcasting) binasını göstərən hava görüntüsü də dərc edilib.
Qeyd edək ki, “The Jerusalem Post” qəzeti daha əvvəl İsrailin bir zərbəsinin məhz İranın dövlət tele-radio şirkətinin binasına tuş gəldiyini yazmışdı./Globalinfo.az