EN

Zamiqin komandası erməni futbolçuyla müqavilə imzaladı

Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" (Albaniya) yeni transferini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, Roqojina təmsilçisi Ermənistanın "Ararat-Armeniya" komandasından Misak Akopyanı heyətinə qatıb.

21 yaşlı hücumçu növbəti mövsümü icarə əsasında "Eqnatiya"da keçirəcək.

Akopyan son iki mövsümdə icarə əsasında İrəvanın MOİK komandasında olub. O, 21 yaşadək futbolçulardan ibarət Ermənistan yığmasının kapitanıdı.

Xatırladaq ki, Zamiq 2024-cü ilin yayından "Eqnatiya"nın şərəfini qoruyur.

Chosen
9
2
football-plus.az

3Sources