EN

Peruda zəlzələ nəticəsində bir nəfər ölüb

Bakı. Trend:

Peruda baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, daha 36nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend xəbər verirki, bu barədə iyunun 16-da Perunun Fövqəladə Hallar üzrə MilliMərkəzi "X" sosial şəbəkəsində məlumat yayıb.

CNN telekanalının yaydığı məlumata görə, 6,1 maqnitudalı yeraltıtəkanlar iyunun 15-də Lima şəhəri yaxınlığındakı Kalyao limanından30 kilometr məsafədə qeydə alınıb. Perunun Milli Seysmoloji Mərkəzibildirib ki, zəlzələnin episentri paytaxt ətrafında yerləşib.

Zəlzələ həmçinin bir sıra ərazilərdə torpaq sürüşmələrinə səbəbolub. Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir vəmümkün dağıntıların qiymətləndirilməsi aparılır.

Chosen
27
az.trend.az

1Sources