EN

Hidayət Heydərov: Uduzmaq da bu yolun bir hissəsidir

BAKI, 16 iyun. TELEQRAF

“Tatamiyə 11 aydan sonra qayıtdım. Bu sadəcə dönüş deyil bu yola davamdır”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında uğursuz çıxışı barədə şəxsi instaqram səhifəsində yazıb.

Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi yenidən zirvəyə qalxmağı qarşısına məqsəd qoyduğunu açıqlayıb: “Uduzmaq da bu yolun bir hissəsidir. Amma unutmayın ki, burdayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacağam”.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov 1/16 final mərhələsində Portuqaliyanı təmsil edən gürcüstanlı Otari Kvantidzeyə uduzub.

Chosen
27
10
teleqraf.com

10Sources